Birinci vitse-prezident Mehriban Əliyeva Qaşım Maqomedovu təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Qaşım Maqomedovu təbrik edib

8 Avqust, 10:22 Sosial mediada paylaşın:

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedovla bağlı paylaşım edib.

Paylaşımda qeyd edilib:

"Paris Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedovu səmimi-qəlbdən təbrik edirəm! Gərgin əməyinə, yenilməz iradəsinə və qələbə əzminə görə idmançımıza təşəkkür edir, ona möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram!".

CANLI YAYIM