Azərbaycanda ilk dəfə olaraq vokalçıların ümumrespublika festivalı keçiriləcək

Azərbaycanda ilk dəfə olaraq vokalçıların ümumrespublika festivalı keçiriləcək

22 Noyabr, 16:19 Sosial mediada paylaşın:

17-24 dekabr 2019 il tarixlərində Azərbaycanda ilk dəfə olaraq vokalçıların ümumrespublika festivalı keçiriləcək.

Azərbaycan Televiziyasının Mədəniyyət kanalının və Mədəniyyət Nazirliyinin birgə layihəsi olan bu festival Heydər Əliyev Mərkəzinin dəstəyi ilə keçirilir.

Festivalın əsas məqsədi Azərbaycan klassik musiqisinin inkişafı və təbliği, gənc nəsildə yüksək musiqi zövqünün formalaşdırılmasıdır.

Festival çərçivəsində Azərbaycan və dünya klassik musiqi incilərinin nümunələri ölkəmizin öncül musiqi kollektivlərinin müşayiəti ilə müxtəlif şəhər və regionların mədəniyyət ocaqlarında tanınmış Azərbaycan vokalçıları, eləcə də istedadlı gənclərin ifasında təqdim olunacaq.

Təntənəli bağlanış tədbiri 24 dekabr 2019 il tarixində Heydər Əliyev Mərkəzində keçiriləcək. 

 

CANLI YAYIM