Füzulidə bir sıra obyektlərin tikintisinə başlanacaq

Füzulidə bir sıra obyektlərin tikintisinə başlanacaq

15 Oktyabr, 11:54 Sosial mediada paylaşın:

Füzuli şəhərində çox böyük mərkəzi parkın salınması, onun ərazisində müxtəlif obyektlərin, o cümlədən restoranların, oyun və idman meydançalarının, körpülərin və digər obyektlərin tikintisinə yaxın vaxtlarda başlanacaq.

Bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Xəzər İnşaat Həftəsi çərçivəsində 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində ("Rebuild Karabakh") jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu işlər hazırda ekspertiza mərhələsindədir: "Eyni zamanda Fondun dəstəyi ilə Füzuli şəhərində və Zəngilan rayonunda ekologiya ilə bağlı bir layihəmiz olub. Bu yaxınlarda ölkə rəhbərliyinin tapşırığı ilə Mədəniyyət Nazirliyi ilə birlikdə Qarabağda memorial komplekslərin yaradılması layihəsinə maliyyə dəstəyini ayırmağa başlayırıq. Bu kimi layihələr çoxdur".

CANLI YAYIM