Gəncədə mənzildə baş vermiş partlayış nəticəsində ölənlərin kimliyi məlum olub.
Gəncədə mənzildə baş verən partlayış nəticəsində ölənlərin 1980-ci il təvəllüdlü Könül Xudaverdiyeva və 1962-ci il təvəllüdlü Mehriban Paşayeva olduğu müəyyən edilib.
Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan və partlayış səbəbindən şoka düşən sakinlər də olub.
Hadisə ilə bağlı TƏBİB-dən verilən açıqlamada partlayış nəticəsində xəsarət alanlara zəruri tibbi yardım göstərildiyi bildirilib:
“18.10.2024-cü il tarixində Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar 3 nəfər (1-i kişi cinsli, 2-si qadın cinsli olmaqla) saat 07:10 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.
Onlara zəruri tibbi xidmətlər göstərilib. 1 nəfər (kişi cinsli) vəziyyəti qənaətbəxş olduğu üçün ambulator müalicə üçün evə buraxılıb. 2 nəfərin müalicəsi isə davam etdirilir, vəziyyətləri stabildir”.
Faktla bağlı araşdırma aparılır.