COP29 Azərbaycana və dünyaya nə verəcək?

COP29 Azərbaycana və dünyaya nə verəcək?

22 Oktyabr, 09:50 Sosial mediada paylaşın:

COP NƏDİR?

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. Tərəflər Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. Burada tərəflər Konvensiyaya üzv olan 198 ölkədir.

Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir. COP-a sədrlik rotasiya əsasında BMT-nin 5 regionunun - Afrika, Asiya, Latın Amerikası, Karib Hövzəsi və Avropa (Mərkəzi, Şərqi, Qərbi və digər) ölkələrinə keçir. Həmçinin bu regionlardakı qrup ölkələri arasında da sədrliklə bağlı növbələşmə mövcuddur. Azərbaycanın təşkilata sədrliyinə dair qərar da məhz Şərqi Avropa Qrupu ölkələrinin yekdil rəyi əsasında verilib.

Konfransların siyahısı və məkanı:

1995: COP 1, Berlin, Germany

1996: COP 2, Geneva, Switzerland

1997: COP 3, Kyoto, Japan

1998: COP 4, Buenos Aires, Argentina

1999: COP 5, Bonn, Germany

2000: COP 6, The Hague, Netherlands

2001: COP 6-2, Bonn, Germany

2001: COP 7, Marrakech, Morocco

2002: COP 8, New Delhi, India

2003: COP 9, Milan, Italy

2004: COP 10, Buenos Aires, Argentina

2005: COP 11/CMP 1, Montreal, Canada

2006: COP 12/CMP 2, Nairobi, Kenya

2007: COP 13/CMP 3, Bali, Indonesia

2008: COP 14/CMP 4, Poznań, Poland

2009: COP 15/CMP 5, Copenhagen, Denmark

2010: COP 16/CMP 6, Cancún, Mexico

2011: COP 17/CMP 7, Durban, South Africa

2012: COP 18/CMP 8, Doha, Qatar

2013: COP 19/CMP 9, Warsaw, Poland

2014: COP 20/CMP 10, Lima, Peru

2015: COP 21/CMP 11, Paris, France

2016: COP 22/CMP 12/CMA 1, Marrakech, Morocco

2017: COP 23/CMP 13/CMA 1-2, Bonn, Germany

2018: COP 24/CMP 14/CMA 1-3, Katowice, Poland

2019: SB50, Bonn, Germany

2019: COP 25/CMP 15/CMA 2, Madrid, Spain

2021: COP 26/CMP 16/CMA 3, Glasgow, United Kingdom

2022: COP 27/CMP 17/CMA 4, Sharm El Sheikh, Egypt

2023: COP 28/CMP 18/CMA 5, Dubai, UAE

2024: COP 29/CMP 19/CMA 6, Baku, Azerbaijan

2025: COP 30/CMP 20/CMA 7, Belém, Brazil

2026: COP 31/CMP 21/CMA 8


COP29 NƏDİR?

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 bu il Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. 
COP29-a ev sahibliyi üçün Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini irəli sürmüşdülər. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində ötən il dekabrın 7-də verilmiş birgə bəyanatda elan olunub ki, Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb. Bundan sonra Bolqarıstan da öz namizədliyi ilə bağlı eyni addımı atıb.

AZƏRBAYCANIN YAŞIL ENERJİ HƏDƏFLƏRİ

“Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”, - deyə Prezident İlham Əliyev ötən il dekabrın 15-də COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə vurğulayıb.
Azərbaycan yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də sübut edir. Buna misal olaraq, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib.

Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Energetika Nazirliyinin məlumatına əsasən, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır.

Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.

“Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” əsasında ölkədə bərpaolunan enerji istehsalı siyasətinin strateji təməli qoyulub. Sənəddə qeyd olunmuş 5 Milli Prioritetdən biri “təmiz ətraf mühit” və “yaşıl artım”la bağlıdır. 
İşğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.

COP29 AZƏRBAYCANA VƏ DÜNYAYA NƏ VERƏCƏK?

1450-1850-ci illər arasında kiçik buzlaşma dövrü olub, temp aşağı düşüb. Bu dövrdən sonra istiləşmə başlayıb Alimlər bunu təbii proses olaraq dəyərləndiriblər. Yalnız 20-ci əsrin əvvəllərindən alimlər həyəcan təbili çalmağa başlayıb. Lakin ən ciddi SOS siqnalını 1988-ci ildə NASA alimi James Hansen çalıb. O, ABŞ senatına məktub göndərib. Məktubda dünyadan qlobal iqlim dəyişmələrinin baş verdiyi, yer kürəsinin getdikcə isindiyi, bu isinmənin insan mənşəli olduğu qeyd olunurdu. Yəni sənayenin inkişafı atmosferə atılan qazların miqdarının getdikcə artmasına səbəb olur. Nəticədə iqlim istiləşir. 19-cu əsrin əvvəllərindən sənaye inqilabı baş verdi, böyük müəssisələr yarandı, çoxlu mənbələr əmələ gəldi ki, onlar atmosferə istixana qazları atırdılar. Bunlar nələr idi? Nəqliyyat vasitələri, zavodlar, sənaye müəssisələri. Bunların fəaliyyəti nəticəsində kütləvi miqdarda, çoxlu miqdarda benzin, neft və daş kömür yandırılırdı. Bu yanacaq vasitələrinin yandırılması nəticəsində atmosferə istixana qazları atılırdı.

İSTİXANA QAZLARI NƏDİR?

İstixana qazları o qazlara deyilir ki, onlar atmosferə atılan zaman Yer kürəsinin istilik balansına çox ciddi təsir edirlər. Günəşdən gələn qısa dalğalı şüalanma Yerin səthinə çatır, uzun dalğalı şüalanmaya çevrilir və Yeri tərk edərkən həmin istixana qazları tərəfindən saxlanılır. BMT-nin iqlim dəyişmələri üzrə panelinin müəyyən etdiyi istixana qazları əsasən karbon qazıdır, metandır, azot dioksididir. Bunların atmosferdə artması nəticəsində istixana effekti yaranır, iqlim istiləşir İlkin həyəcan təbilindən sonra 1992-ci ildə Rio de-Janeyro şəhərində Yer sammiti baş tutdu. İqlim dəyişmələri müzakirə olundu, insan mənşəli olduğu təsdiqləndi. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası yaradıldı. Konvensiya iqlim dəyişmələrinin qarşısını almaq üçün atmosferə atılan istixana qazlarının miqdarının azaldılmalı olduğunu təlqin edir. Ölkələr tədricən hərəkətə keçməyə başladılar.

KİOTO PROTOKOLU

Növbəti tədbir 1997-ci ildə Yaponiyanın Kioto şəhərində baş tutdu. İlkin tərəflər konfransı kimi tarixə düşdü. Bu, İqlim dəyişmələri üzrə Tərəflər Konfransının iclası idi. Kioto protokolu imzalandı. Bu protokola görə inkişaf etmiş ölkələr məcburi məqsədlər qoymalı, atmosferə atılan istixana qazlarının miqdarını 1990-cı il səviyyəsindən ən az 10 faiz azaltmalıdırlar.Necə? Öz ölkələrindəkindəki sənaye istehsallarını yeni texnologiyalara keçirməli idilər, ya da imtina etməli idilər. İnkişafda olan ölkılər qarşısında məcburi öhdəliklər qoyulmurdu. Bu isə zərərli sənaye sahələrinin tədricən inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə keçməsinə başlanıldı. Məs, Almaniyadan, Fransadan, İtaliyadan Vyetnama, Banqladeşə ixrac olunmağa başladı. Amerikadan Linə və Hindistana keçdi. Bu proses geniş vüsət aldı. Ölkələr istixana qazlarını azaltmaq üçün yarışa girmişdilər, amma faktiki olaraq Yer kürəsində atmosferə atılan istixana qazlarının ümumi miqdarı getdikcə artırdı. Kioto protokolu 2005-2008-ci illər üçün nəzərdə tutulmuşdu. Lakin başa düşüldü ki, qarşıya qoyulan məqsədlərə nail ola bilməyəcəklər. Və Kioto protokolu baş tutmayan protokol kimi tarixə düşdü. Lakin ölkələr bir məqsəd ətrafında birləşmişdi, bu baxımdan prootokolu uğurlu saymaq olardı.

2015-ci ildə COP baş tutdu. Burada heç bir məcburi öhdəlik yox idi. Çağırışlar ondan ibarət idi ki, ölkələr tədricən öz ərazilərində imkanları çatdığı qədər istixana qazlarının miqdarını azaltsınlar. Paris razılaşması baş tutdu. Azərbaycan da bu razılaşmaya qoşuldu.

PARİS RAZILAŞMASI ÖZÜNDƏ NƏLƏRİ EHTİVA EDİR?

Azərbaycan 2030-cu ilə qədər öz ərazisindən atmosferə atılan karbon qazının miqdarını 35 faiz azaltmaq kimi bir könüllü öhdəlik götürüb. Avropa ölkələri 2050-ci ilə qədər sıfır emissiya tələbini qoyub. Buna Avropa Yaşıl Sövdələşməsi deyilir. AYS çərçivəsində AB-yə daxil olan bütün ölkələr 2050-ci ilə qədər öz ölkələrindən atmosferə atılan istixana qazlarını net şəkildə tamamilə azaltmalıdırlar. Net şəkildə tamamilə azaltma deyəndə nəyi nəzərdə tuturlar, əlbəttə ki, qarşısını tamamilə almaq olmaz. Amma kompensasiya etmək olar.

Yəni yaşıllıqları artırmaq olar, meşələr salına bilər. Bu, bir ölkə daxilində atmosferə atılan istixana qazlarının miqdarını sıfıra sala bilər.

CANLI YAYIM