Sankt-Peterburqda MDB ölkələrinin liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək

Sankt-Peterburqda MDB ölkələrinin liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək

27 Noyabr, 12:40 Sosial mediada paylaşın:

Dekabrın sonunda Sankt-Peterburqda MDB ölkələrinin liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək.

Bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərlə söhbətində məlumat verib.

“Dekabrın sonunda ənənəvi olaraq son illər ərzində keçirildiyi kimi, Sankt-Peterburqda MDB ölkələri liderlərinin ənənəvi dostluq görüşü baş tutacaq. Bu qeyri-rəsmi olacaq”, - deyə Uşakov bildirib.

O, hər hansı bir sənədin imzalanmasının planlaşdırılmadığını vurğulayıb.

CANLI YAYIM