Prezident daha bir icra başçısını vəzifədən azad etdi - YENİ TƏYİNATLAR

Prezident daha bir icra başçısını vəzifədən azad etdi -YENİ TƏYİNATLAR

4 Dekabr, 15:14 Sosial mediada paylaşın:

Prezident İlham Əliyev Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısını vəzifədən azad edib.

Sərəncama əsasən, Əhməd Kərəm oğlu Muxtarov sözügedən vəzifədən azad edilib.

Ölkə başçısının digər Sərəncamına əsasən, Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Azərbaycan Prezidenti daha bir rayona yeni icra başçısı təyinatı ilə bağlı Sərəncam imzalayıb.

Belə ki, Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

CANLI YAYIM