MDB ölkələrinin nümayəndələri əməyin mühafizəsi sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər

MDB ölkələrinin nümayəndələri əməyin mühafizəsi sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər

7 Dekabr, 13:15 Sosial mediada paylaşın:

Dekabrın 5-6-da Minskdə, MDB İcraiyyə Komitəsində iş yerlərində əmək şəraitinin qiymətləndirilməsinə dair Tövsiyələrin və əməyin mühafizəsi haqqında qanunvericiliyə riayət edilməsinə nəzarət və kontrolun həyata keçirilməsi üçün Razılaşdırılmış Tələblərin layihələrinin hazırlanması üzrə işçi qruplarının iclasları keçirilib.

İşçi qruplar dövlətlərin sənədlər üçün təkliflərini müzakirə etdikdən sonra bu təklifləri MDB ölkələrinin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurası səviyyəsində qəbul edilməsini, habelə hər iki layihəni Müstəqil Dövlətlər Birliyinin 2020-2022-ci illər üçün model qanunyaratmanın perspektiv planına daxil edilməsini məqsədəuyğun hesab ediblər.

Bundan əlavə, lazım gəldikdə iş yerlərində əmək şəraitinin qiymətləndirilməsinə dair Tövsiyələr layihəsinin işlənib hazırlanmasına dəstək göstərilməsini və bu prosesə qoşulmasını MDB ölkələrinin Səhiyyə sahəsində Əməkdaşlıq Şurasından xahiş etmək qərara alınıb.

İş yerlərində əmək şəraitinin qiymətləndirilməsinə dair Tövsiyələrin və əməyin mühafizəsi haqqında qanunvericiliyə riayət edilməsinə nəzarət və kontrolun həyata keçirilməsi üçün Razılaşdırılmış Tələblərin işlənib hazırlanması 2017-2020-ci illər üçün ümumi əmək bazarının formalaşmasına və işçi qüvvəsinin miqrasiyasının tənzimlənməsinə dair Prioritet tədbirlərdə nəzərdə tutulub.

Layihələr Qazaxıstan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanıb.

Sənədlərin qəbulu əməyin mühafizəsi və sosial sığorta siyasətinin təkmilləşdirilməsinə, yeni iş yerlərinin yaradılmasına, mövcud iş yerlərinin qorunub saxlanılmasına və keyfiyyətinin artırılmasına, işçilərin həyatının təhlükəsizliyinin və sağlamlığının təmin edilməsinə, əmək resurslarının rəqabətliliyinin və keyfiyyətinin yüksəldilməsinə şərait yaradacaq.

CANLI YAYIM