Bakıya gətiriləcək yeni taksilərdə POS-terminalla ödəniş etmək olacaq - DETALLAR

Bakıya gətiriləcək yeni taksilərdə POS-terminalla ödəniş etmək olacaq -DETALLAR

23 Yanvar, 14:49 Sosial mediada paylaşın:

Dövlət başçısının göstərişi ilə Bakıda taksi xidmətinin keyfiyyətinin yüksəldilməsi, sərnişin məmnunluğunun təmin olunması istiqamətində işlər davam etdirilir. Bu çərçivədə paytaxta yeni nəsil, elektriklə işləyən 100 “London taksisi”  gətiriləcək.

100 elektroavtomobildən ilki artıq Bakıdadır. Bu avtomobillər 6 sərnişinin mənzil başına rahat çatması üçün hər bir şəraitlə təmin olunub. 

“Baki Taksi Xidməti” MMC-nin direktoru Fuad Əliyev bu avtomobillərdə xüsusi generatorların olduğunu deyib: “Bu da əlavə olaraq 400 km məsafə qət etməyə imkan verir. Avtomobillərdə taksometrlər mövcuddur. Qeyd olunan ünvan deyildikdən sonra taksometr işə salınacaq. Ödənişlər avtomobillərimizdə həm nağd, həm də POS-terminallar vasitəsilə həyata keçiriləcək. Bu da nağdsız əməliyyatlarda böyük rol oynayır”.

Avtomobillər yanacaqla deyil, elektriklə işlədiyindən ekoloji cəhətdən də təhlükəsizdir. Salonu geniş dizayn edilən nəqliyyat vasitələrindən sağlamlıq imkanları məhdud şəxslərin rahat istifadəsi üçün panduslar quraşdırılıb. Sürücü ilə birbaşa ünsiyyətin məhdudlaşdırılması məqsədilə bütün əməliyyatlar android sistemi vasitəsilə monitordan yerinə yetirilir. Xüsusən də uzaq məsafələrə gedən sərnişinlərin rahatlığının təmin edilməsi üçün avtomobillərə Wi-Fi şəbəkəsi quraşdırılıb. Sürücülər isə xüsusi uniformada xidmət göstərəcəklər.

Taksilərə əlçatanlığı daha da asanlaşdırmaq məqsədilə mobil tətbiqetmə də istifadəyə veriləcək. Bununla da sərnişin gedəcəyi ünvan üçün ödəyəcəyi məbləği əvvəlcədən biləcək. Sifariş edilən 100 elektroavtomobil 3 ay ərzində paytaxta gətirilərək sərnişinlərin istifadəsinə veriləcək.

Sabir Bilalov

 

CANLI YAYIM