Azərbaycanda ilk: 5 illik dövlət istiqrazları buraxıldı

Azərbaycanda ilk: 5 illik dövlət istiqrazları buraxıldı

30 Yanvar, 16:56 Sosial mediada paylaşın:

Azərbaycanda ilk dəfə dövlət istiqrazları buraxılıb.

Maliyyə Nazirliyi tərəfindən tədavül olunan və müddəti 5 il olan 10 milyon manat məbləğində dövlət istiqrazları qiymətli kağızlar bazarına yerləşdirilib. Hərracın nəticəsinə görə, sifarişlərin nominal üzrə ümumi məbləği 50 milyon 500 min manat təşkil edib. Bu da investorlar tərəfindən təqdim olunan sifarişlər üzrə orta ölçülmüş qiymətin 8,16 faiz gəlirlilik səviyyəsində müəyyən olunması ilə nəticələnib. Dövlət qiymətli kağızlarına göstərilən böyük maraq investorlar tərəfindən manata olan etimadın və manatda ifadə olunan uzunmüddətli maliyyə alətlərinə tələbatın artmasının göstəricisidir.

Xatırladaq ki, indiyədək SOCAR istiqrazları, bir sıra özəl şirkətlərin qiymətli kağızları və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının qiymətli kağızları dövriyyəyə buraxılıb. 

CANLI YAYIM