Bakı sakinləri karantin qaydalarına necə əməl edirlər? - REPORTAJ

Bakı sakinləri karantin qaydalarına necə əməl edirlər? - REPORTAJ

2 İyul, 21:47 Sosial mediada paylaşın:

Bu gündən etibarən İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən cərimələrin miqdarı 2 dəfə artırıldı.

Belə ki, Məcəlləyə edilən dəyişikliyə əsasən karantin rejimi dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100, vəzifəli şəxslər 200, hüquqi şəxslər isə 400 manat məbləğində cərimə ediləcək. İndi hər bir vətəndaş sosial məsuliyyətini dərk edərək ən azından ətrafındakıları qaydalara əməl etməyə səsləməlidir.

Maraqlıdır, görəsən Bakıda vətəndaşlarımız, əməl etməsə cərimələnməsinə səbəb olacaq qaydalara ictimai nəqliyyat vasitələrində, qapalı məkanlarda necə əməl edirlər?

Əməkdaşlarımız məsələ ilə bağlı paytaxtda müşahidələr aparıblar.

Samir Oruc, Xalid Əliyev

CANLI YAYIM