Ötən ilin avqustundan indiyədək Konqo Demokratik Respublikasında ebolaya yoluxma halları 1,700 nəfəri keçib. Bu barədə BMT-nin mətbuat xidmətinin məlumatında deyilir. Bildirilir ki, bu müddət ərzində 1,122 nəfər xəstəliyə görə həyatını itirib. Onların arasında qadınlar və uşaqlar üstünlük təşkil edirlər. Xəstəlik əsasən Şimali Kivu və İturi əyalətlərində geniş yayılıb. Ekspertlər xəstəliyin nəzarətdə saxlanmasının çətinləşdiyini bildirirlər.