Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun Himayəçilik Şurasının onlayn formada ilk iclası keçirilib.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ölkə başçısının müvafiq Fərmanı ilə yaradılan “YAŞAT” Fondunun fəaliyyət istiqamətləri barədə məlumat verib.

Həmçinin, Fondun gələcək hədəflərindən söz açılıb. Himayəçilik Şurasının üzvləri də öz növbəsində cari məsələlər barədə danışıb, təkliflərini diqqətə çatdırıblar.

Xatırladaq ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “YAŞAT” Fondunun vəsaitinin sərəncamçısı müəyyən edilib. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir.