Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parad keçirilib.

Bakının Azadlıq meydanında keçirilən Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyətin iştirakı, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilib.

Paradda Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirilib.

Parada AzTV-nin sosial şəbəkə hesablarından canlı baxa bilərsiniz.