Azərbaycanda daha 1428 nəfər koronavirusa yoluxub, 4255 nəfər müalicə olunaraq sağalıb.
Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 38 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 213 min 192 nəfərin koronavirusa yoluxması faktı müəyyənləşib. Onlardan 164 min 500-ü müalicə olunaraq sağalıb, 2454 nəfər vəfat edib.
Aktiv xəstə sayı 46 min 238-dir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 507, ümumilikdə isə 2 milyon 141 min 798 test aparılıb.