Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Figueira şəhərində təşkil olunan Avropa Super finalında (European Beach Soccer League) növbəti oyununu keçirib.
Rumıniya yığması ilə qarşılaşan komandamız 2:1 hesabı ilə qələbə qazanıb. Millimizin qollarını Sabir Allahquliyev və Amid Nəzərov vurub.
Qeyd edək ki, yığmamız sabah Çexiya ilə qarşılaşacaq.