44 günlük Vətən müharibəsinin 21 yaşlı qəhrəmanı Cəmil Məmmədli. Ötən yay həqiqi hərbi xidmətə çağırılan Cəmil əsgərliyini ön cəbhədə edirdi. Müharibənin elə ilk günlərindən döyüşlərə atılıb, Füzuli və Xocavənd istiqamətində vuruşub. Füzulinin azadlığı uğrunda döyüşlərdə şəhidlik məqamına yüksəlib.

Anası Aygün Məmmədova oğlu ilə fəxr etdiyini deyir: “Əsgərlikdən zəng edəndə həmişə deyirdi ki, ana, məndə Mübariz İbrahimovun silahından var. Bununla fəxr edirdi. Mənim oğlum igiddir, qəhrəmandır, mən oğlumla fəxr edirəm”.

Cəmil döyüş yoldaşlarını qoruyarkən snayper gülləsinə tuş gəlib. Müharibədə göstərdiyi şücaətə görə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

David Nuraşvili