Son sutkada ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxmaya dair məlumat açıqlanıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 10 olub, hərarəti 37 dərəcədən yuxarı olan işçi olmayıb.
Son sutka ərzində koronavirusa yoluxan ibtidai sinif (I-IV) şagirdinin sayı 2, işçi heyətinin sayı isə 7 olub. Məktəbəqədər hazırlıq qruplarında virusa yoluxmuş uşaq olmayıb.