Səhiyyə Nazirliyi “Sputnik V” vaksininin və “AstraZeneca” şirkətinin Oksford Universiteti ilə birgə işləyib hazırladığı vaksinin birgə tətbiqi üçün Azərbaycanda kliniki tədqiqatların aparılması üçün icazə verib.
Nazirlikdən verilən məlumata görə, bu tədqiqatların cari ilin fevral ayının sonuna qədər başlanılması nəzərdə tutulur.
Daha əvvəl N.F.Qamaleya adına Elmi-Tədqiqat Mərkəzi, Rusiyanın Birbaşa İnvestisiyalar Fondu (RBİF), “AstraZeneca” şirkəti və “R-Pharm” Şirkətlər Qrupu koronavirus vaksininin hazırlanması sahəsində Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə 2020-ci ilin dekabrında əməkdaşlıq haqqında birgə memorandum imzalayıblar.
Dünyada vaksinlərin ilk birgə tətbiqi dekabrın 24-də qeydə alınan kliniki sınaqların protokolu çərçivəsində həyata keçirilir.