Bu gün Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı koronavirusa qarşı peyvənd olunub.

O, vaksinin qısa vaxt ərzində Azərbaycana gətirilməsini böyük uğur adlandırıb: “Vaksin virusa qalib gələ bilmək üçün önəmlidir. İnanıram ki, insanlar bunun fərqində olarlar və qısa müddətdə vaksin olunarlar”.