Qida Təhlükəsizliyi Agentliyi martın 1-dən 7-nə kimi ictimai iaşə müəssisələrində pandemiya ilə bağlı monitorinqlər keçirilib.

22 642 iaşə obyektində aparılan monitorinq zamanı 1109 nöqsan aşkarlanıb. Paytaxt üzrə ən çox nöqsan Xətai, ən az isə Qaradağ və Suraxanı rayonlarında qeydə alınıb.  Qayda pozuntusu əsasən işçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi bağlı olub.

Ümumilikdə son 9 ay ərzində agentlik tərəfindən ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisəsində 55 min 316 monitorinq həyata keçirilib və 3 min 210 nöqsan aşkar edilib.