Azərbaycan 300 000 doza “Sputnik V” dərman vasitəsi idxal edəcək.

Bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Rusiya Federasiyasının “HUMAN VACCINE” MMC arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair təchizat sazişinə əsasən, 300 000 doza “Sputnik V” dərman vasitəsinin Azərbaycana idxalı 180  gün müddətində həyata keçiriləcək.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu sərəncamdan irəli gələn məsələlərin həllini təmin edəcək.