Şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinin mənzil təminat prosesi davam edir.

Bu gün sözügedən kateqoriyadan olan daha 40 nəfərə mənzil təqdim edilib. Bununla da 2021-ci ild' nəzərdə tutulan 3 minə yaxın mənzilin artıq 140-ı .əhid ailəsi və Qarabağ müharibəsi əlillərinə verilib.

Dövlət başçısının sərəncamına əsasən, yaxın 5 ildə bu kateqoriyadan olan 11 min şəxs mənzillə təmin ediləcək. İndiyədək isə şəhid ailələri və müharibə əlillərinə 9 300-dək mənzil və fərdi ev verilib.