Azərbaycanda koronavirus infeksiyasından 548 nəfər müalicə olunaraq sağalıb, 1429 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 250 min 921 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 234 min 382 nəfər müalicə olunaraq sağalıb, 3421 nəfər vəfat edib. Aktiv xəstə sayı 13 min 118 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 807 min 861 test aparılıb. Bugünkü testlərin sayı isə 8760-dır.