Ağır yaralanan daha 27 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək. Fond tərəfindən bundan əvvəl 24 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 4-nün müalicə proseduru yekunlaşıb və Vətənə qayıdıb.