Koronavirusla mübarizə tədbirləri çərçivəsində vaksinasiya davam etdirilir.
Tibb müəssisələri ilə yanaşı aprelin 2-dən səyyar peyvəndləmə də təşkil olunub. Əhalinin xüsusi risk qruplarından sayılan jurnalistlərin bu prosesdə iştirakı xüsusilə diqqətdə saxlanılır. Bu məqsədlə növbəti səyyar vaksinasiya Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində olub. Televiziyanın 40 yaşdan yuxarı əməkdaşları qısa vaxt ərzində yoxlamadan keçərək peyvəndlənmə prosesində könüllü iştirak edib. TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış bildirib ki, bu günə qədər ATV, ARB və Real televiziyalarının əməkdaşları səyyar briqadalar vasitəsilə bu prosesdə iştirak ediblər.Azrəbaycan Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşları da artıq iş yerindən ayrılmadan könüllü şəkildə vaksinasiya prosesində iştirak ediblər.