Aprelin 29-30-da Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

Bu dəfəki imtahanlar  internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə, Çilov adasında yerləşən, eyni zamanda, ingilis və ya fransız dilli məktəblərdə təhsil alan şagirdləri əhatə edəcək. İmtahanlarda gözdən əlil, serebral iflic və bu kimi fiziki məhdudiyyətli 54 şagird də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.