Dövlət İmtahan Mərkəzi tam -11 illik orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirəcək.

Bu gün 18 minədək şagird buraxılış imtahanı verəcək. İmtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.  İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün  istifadə etməlidir.