Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 2 qazimiz Vətənə dönüb.
Qazilərimiz Kamran Həmidov və Elnur Quliyevin müalicə proseduru uğurla yekunlaşıb. Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib. "YAŞAT" Fondu tərəfindən hazırda daha 65 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir. Onların müalicəsi tam yekunlaşana qədər nəzarətdə saxlanılacaq. Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Həmçinin, Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.