Koronavirus xəstəsi işğaldan azad olunmuş əraziyə icazəsiz keçərkən saxlanılıb.

Belə ki, aprelin 22-də Ağdam rayon sakini Rəşad Əliyev Təzəkənd kəndi ərazisindən azad olunmuş əraziyə icazəsiz keçməyə cəhd göstərib. Daxili İşlər Nazirliyinin məlumatına görə, onun barəsində 15 gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilib. Həkim müayinəsi nəticəsində “COVID-19” virusuna yoluxduğu aşkarlandığından o, müalicə alması üçün evə buraxılıb. Lakin, mayın 2-də Rəşad Əliyev “VAZ-21 015” markalı avtomobillə evi tərk edərək Təzəkənd kəndi ərazisində yerləşən nəzarət postundan keçərkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq postun şlaqbaumunu qıraraq işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərib. Polis əməkdaşları tərəfindən onun bu cəhdinin qarşısı alınıb, tibbi prosedurlar gözlənilməklə evinə qaytarılıb. Xəstəliklərin yayılmasına real təhlükə yaratdığına görə Cinayət Məcəlləsinin 139-1-ci maddəsi ilə cinayət işi başlanılıb.