Ötən gecə Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağmağa başlayıb.

Havanın temperaturu da kəskin şəkildə aşağı düşüb. Xınalıq kəndində qarın hündürlüyü bir santimetri ötüb. Səhər saatlarından isə qar dayanıb. Hazırda rayon ərazisinə yağış yağır.