Bir müddət koronavirusdan müalicə alan Xalq artisti Arif Quliyev dünyasını dəyişib.

Arif Quliyev 1950-ci ildə Şirvanda anadan olub. Onun “Şans”, “Bığ əhvalatı”, “Qaynana”, “Lift əhvalatı”, “Yarım ştat”, “Evləri köndələn yar” və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanıb. Bundan başqa, aktyor “Bəyin oğurlanması”, “Yaramaz”, “Bəxt üzüyü”, “O dünyadan salam”, “Qəm pəncərəsi”, “Mənim ağ şəhərim”, “Alma almaya bənzər”, “Ağ gəmi” kimi bədii filmlərdə canlandırdığı obrazlarla da yadda qalıb. Arif Quliyev 1993-cü ildə Xalq artisti fəxri adına layiq görülüb. Allah rəhmət eləsin!