Prezident İlham Əliyev Qəbələ rayonun Nic qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Qəbələ rayonunun Nic qəsəbəsində 4 nömrəli tam orta məktəb üçün 360 şagird yerlik yeni binanın tikintisi məqsədilə Prezidentin ehtiyyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon beş yüz min manat ayrılıb.