Bu gündən Təhsil Nazirliyi e-telebe.edu.az portalı vasitəsi ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbuluna başlayır.
2020-2021-ci tədris ilinin payız semestri üçün təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilən tələbələrin növbəti dəfə müraciət etməyinə ehtiyac yoxdur. Məlumatlar elektron informasiya sistemi tərəfindən avtomatik rejimdə yoxlanılacaq. Hüququ olan tələbələr üçün təhsil haqqı xərcləri ödəniləcək və bu barədə onlara SMS məlumat göndəriləcək. Müraciətlərin qəbulu iyunun 7-dək aparılacaq.