Bakıda 7 kilometrlik velosiped yolu layihələndirilib və bu istiqamətdə işlərə başlanılıb.

Bu barədə məxsusi müsahibəsində Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

O bildirib ki, paytaxtın əsas maraq nöqtələrini əhatə edən və daha sonra onların bir-biri ilə əlaqələndirilməsinə dair “Şəhərin mərkəzində 18 kilometrlik velosiped yolu” layihəsi hazırlanıb.