Müsəlman dünyasının mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı respublikanın hər yerində olduğu kimi, Tərtər rayonunda da xoş əhval-ruhiyyə ilə qeyd edilir.
Bayram münasibətilə rayonda xüsusi ayrılmış kəsim məntəqəsində qurbanlıq qoyunlar kəsilərək şəhidlərin və qazilərin ailələrinə, Böyük Vətən müharibəsi və Çernobıl əlillərinə, rayonun abadlıq, quruculuq, yaşıllaşdırma işlərində çalışanlara, sosial qayğıya ehtiyacı olan aztəminatlı ailələrə, ahıl və tənha vətəndaşlara, hərbi hissələrə qurban payları göndərilib.
Sakinlər bu əziz gündə onlara göstərilən maddi və mənəvi dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib, Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını diləyiblər.