Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrup Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsi istiqamətində fəaliyyətə başlayıb.

İyulun 31-də yerli vaxtla təxminən saat 9:00-da (Bakı vaxtı ilə saat 10:00) Muğla vilayətinin Marmaris bölgəsində işə başlayan yanğınsöndürənlərimiz yanğının ən qaynar nöqtələrindən birində fəaliyyət göstərirlər.

Qrupun tərkibində FHN-nin100 əməkdaşı təmsil olunur. Peşəkar və təcrübəli yanğınsöndürənlərdən ibarət dəstə üzvlərinin fərdi yanğınsöndürmə vasitələri ilə tam təmin ediliblər.

Hazırda yanğının lokallaşdırılması üçün yanğınsöndürən helikopterlərdən istifadə olunur.