Azərbaycanda koronavirusa qarşı vaksin hazırlanması istiqamətində tədqiqatlara başlanılıb.
Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı rəsmi tvitter hesabında paylaşım edib. “Uzun illərdən sonra ilk dəfə ölkəmizdə vaksin yaradılması, COVID-19 daxil olmaqla, infeksion xəstəliklərə qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması, diaqnostikası, kimya terapiyası üçün hüceyrə kulturası tədqiqatlarına start verilib”, - deyə o qeyd edib.