Sentyabrın 28-dən etibarən “Avro 2020” Bakı Könüllülük Proqramının müsahibə mərhələsinə start veriləcək.
AFFA-nın məlumatına görə, sentyabrın 25-dən başlayaraq könüllülərə dəvət göndərilir, könüllü namizədlər UEFA Fame sistemi vasitəsilə müsahibə vaxtlarını seçmək imkanına sahibdirlər.
“Avro 2020” Könüllülük Proqramında 2000 könüllü seçiləcək. İndiyədək qeydiyyatdan keçməyən könüllülər noyabrın 29-a qədər qeydiyyatdan keçə bilərlər.