Sentyabrın 25-də Təhsil naziri Ceyhun Bayramov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ilə görüşüb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Ceyhun Bayramov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq aparılan islahatlar barədə məlumat verib və əməkdaşlıq perspektivləri müzakirə olunub.