Yeni tədris ilinin təşkili ilə bağlı bütün suallara sabah saat 14:00-da təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçiriləcək brifinqdə aydınlıq gətiriləcək.

Bu barədə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektor rəhbəri Cəsarət Valehov məlumat verib.

O bildirib ki, brifinq AzTV və Təhsil TV-də canlı yayımlanacaq.

Brifinqə AzTV-nin rəsmi feysbuk səhifəsində də baxa bilərsiniz.