Milli Məclisdə əfvetmə və amnistiya ilə bağlı dinləmə keçiriləcək.

Bu, parlamentin İnsan hüquqları komitəsinin 2021-ci il payız sessiyası üçün iş planına daxil edilib.

Qeyd edilib ki, sessiya müddətində “Əfv etmə-amnistiya aktı İnsan hüquqlarının təminatı institutu kimi: reallaşdırılmasının aktual problemləri” mövzusunda vətəndaş cəmiyyəti və ekspertlərlə dinləmələrin keçirilməsi nəzərdə tutulub.