Yeni tədris ilinin başlanması ilə əlaqədar müntəzəm sərnişindaşımalara tələbatın artacağını nəzərə alaraq qabaqlayıcı tədbirlərin icrasına başlanılıb.
Daşıyıcılara gündəlik xəttə çıxarılan avtobus sayının və avtobuslararası intervalın sərnişin axınına uyğun tənzimlənməsi, eləcə də tələbat olan xətlər üzrə avtobus sayının artırılması tapşırılıb. Səhər və axşam pik saatlarda bəzi küçə və prospektlərdə işqforlarda "yaşıl dalğa" tətbiq ediləcək.
Təhsil müəssisələrinin ətrafında piyadaların hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması istiqamətində də müvafiq işlər görülür. Eyni səviyyəli piyada keçidləri yenidən boyanır, zəruri olan yerlərdə piyada keçidlərində sarı döyünən işıqlar quraşdırılır, asfalt üzərinə “Yavaş, məktəb“ xəbərdarlığı qeyd edilir.
Həmçinin paytaxtda ilk dəfə olaraq xüsusi qabarıq piyada zolağı yaradılıb.