Azərbaycanın Baş naziri Novruz Məmmədov Fransanın keçmiş Prezidenti Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı verib.
"Twitter" hesabında bununla bağlı paylaşımında Baş nazir J.Şirakın vəfatından kədərləndiyini dilə gətirib.
"Dövlətlərarası münasibətlərə xüsusi həssaslıq nümayiş etdirən Prezident Şirakın beynəlxalq aləmdə böyük nüfuzu vardı. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həlli üçün çox çalışdı.
Prezident Jak Şirakın xatirəsi uzun müddət yaddaşlarda qalacaq", - deyə N.Məmmədov qeyd edib.