Prezident İlham Əliyev yeni səfir təyinatları ilə bağlı Sərəncamlar imzalayıb.

Sərəncama əsasən, Cəlal Sabir oğlu Mirzəyev Azərbaycan Respublikasının İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Ölkə başçısının digər sərəncamları ilə Məmməd Afiq oğlu Talıbov Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında, Anar Xeybər oğlu Hüseynov isə Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.