"World Food Moscow 2019" beynəlxalq qida sərgisi bu gün başa çatıb. İqtisadiyyat Nazirliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə ölkəmiz bu dəfə də sərginin tərəfdaş ölkəsi qismində iştirak edib.

"World Food Moscow" 28-ci Beynəlxalq qida Sərgisində ölkəmiz "Made in Azerbaijan" vahid milli stendi ilə iştirak edirdi. Ziyarətçilər 40-dan çox Azərbaycan şirkəti ilə tanış olmaq imkanı əldə etdilər. 400 kvadratmetrddən böyük olan milli stendimizdə bu dəfə müxtəlif qablaşdırılmada Azərbaycan çayı, düyü, noxud, həmçinin qurudulmuş meyvə və tərəvəzlər, şərab və spirtli içiklər, yerli kənd təsərrüfatı və qida məhsulları sərgilənirdi.

Sərgiylə tanış olan Rusiya Dövlət dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev qeyd etdi ki, ard-arda üç il bu sərginin rəsmi tərəfdaşı olmaq çox böyük uğurdur. Vurğulandı ki, Azərbaycandan ixrac edilən ərzaq məhsullarına Rusiyada tələbat yüksəkdir.

Qeyd edək ki, 4 gün ərzində sərgi ziyarətçilərinə təqdim olunan katoloqlarda, bannerlərdə Azərbaycan barədə məlumatlar yerləşdirilib. Sərginin keçirildiyi zallardakı bütün monitorlarda "Made in Azerbaijan" brendinin reklam çarxları nümayiş olunub.