Ölkə üzrə tədrisə başlanılan tarixdən indiyədək 19 məktəb, 505 sinif distant təhsil formasına keçirilib. Hazırda 433 sinif distant formada tədrisə davam edir.

Təhsil və Səhiyyə nazirliklərinin birgə məlumatında bu barədə məlumat əksini tapıb. Bildirilir ki, indiyədək 3477 şagird, məktəblərdə çalışan 2494 nəfər virusa yoluxub.

Koronavirusun daha yoluxucu "Delta" ştamının gündəmdə olması, bundan əlavə, mövsümlə əlaqədar havanın dəyişməsi epidemiyanın daha geniş yayılması riskini artırır.

Hazırda tədris prosesi müvafiq qaydalara uyğun şəkildə davam etdirilir və yaxın həftələrdə bütün təhsil müəssisələrinin distant tədris formasına keçidi planlaşdırılmır.

Nazirliklərin məlumtına görə, növbəti həftələrdə də yoluxma halları baş verdikdə siniflərin, daha kütləvi yoluxma olduğu təqdirdə isə məktəblərin distant təhsilə keçirilməsi prosesi davam etdiriləcək və bu barədə mütəmadi məlumat veriləcək.