Bakıda müşahidə edilən qeyri-sabit hava şəraiti ilə bağlı paytaxtın əsas magistrallarında sürət həddi endirilib.
Bakı Nəqliyyat Agentliyinin (BNA) yaydığı məlumata görə, hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-hava limanı-Bilgəh, Zığ dairəsi-hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
“Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin meteoroloji amilləri nəzərə alsınlar” - deyə BNA-dan qeyd edilib.