Bu gün 1440-cı ildən indiyədək ən uzun Ay tutulması baş verir.
İlin ikinci və son Ay tutulmasını Şimali Amerikada və Cənubi Amerikanın əksər bölgələrində yaşayanlar izləyə bilirlər.
Planetimizin kölgəsinin Ayın görünən səthinin 99,1 faizini örtməsi ilə ortaya çıxan tutulma 3 saat 28 dəqiqə 23 saniyə davam edəcək.
Sonuncu oxşar hadisə bundan 581 il əvvəl baş verib. 1440-cı il fevralın 18-də qeydə alınan həmin Ay tutulması bundan 23 saniyə çox çəkmişdi.