Media reyestrində olan jurnalistlərə 3 illik jurnalist vəsiqəsi veriləcək.
Milli Məclisdə “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı bu barədə məlumat verilib. Bildirilib ki, media reyestrinə daxil edilən jurnalistlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən vəsiqəsi veriləcək.
Layihəyə əsasən, bu, ölkə ərazisində fəaliyyət göstərən xarici jurnalistlərə şamil edilmir. “Media haqqında” qanun layihəsində “copy-paste” jurnalistikası ilə mübarizə aparmaq yolları da ehtiva edilib. Belə ki, köçürmə jurnalistikası ilə də mübarizə aparılacaq.